- Qərb
- 26 Mart 10:54
- 2 279
Peter Siyarto Moskvaya səfər edəcəyini açıqlayıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya gedəcəyini və burada digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
Siyarto özünün Facebook səhifəsində qeyd edib ki, danışıqlarda Ukraynadakı münaqişənin həlli, həmçinin enerji təchizatının təhlükəsizliyi və Rusiya Federasiyası ilə Macarıstan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Nazir həmçinin bildirib ki, Rusiya və ABŞ arasında aparılan son danışıqlar sülh məsələlərində “yeni mərhələ” olub, dünyanı daha təhlükəsiz yerə çevirib.
Mövsüm
Aznews.az