- Qərb
- 26 Mart 15:08
- 2 185
Danimarka qurudan müdafiə üçün hava hücumundan müdafiə bölməsi hazırlayır

Danimarkada ölkəni qurudan qorumaq üçün Skalstrup Hava Bazasında hava hücumundan müdafiə bölməsi açıb.
Bu barədə Danimarka Müdafiə Nazirliyinin saytında məlumat verilib .
"Təhlükəsizlik siyasəti sahəsində vəziyyət Danimarka Silahlı Qüvvələrinin döyüş gücünün artırılmasının sürətləndirilməsi zərurətindən xəbər verir. Danimarkada yerüstü hava hücumundan müdafiə sisteminin yaradılması mütləq prioritet əməliyyat tələbidir", - Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.
Eyni zamanda, maddi-texniki təchizat idarəsi və hərbi idarə tərəfindən yerüstü hava hücumundan müdafiə sistemlərinin təcili alınması məsələsi də nəzərdən keçirilir. Bu bölmənin Danimarkanın yerüstü hava hücumundan müdafiəsinin qərargahına çevriləcəyi bildirilir.
Mövsüm