- Qərb
- 26 Mart 23:00
- 5 845
Makron və Zelenski Parisdə görüşüblər

Fransa və Ukrayna prezidentləri Emmanuel Makronla Volodimir Zelenski Parisdə görüşüblər.
Aznews.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Qeyd olunur ki, görüş Ukraynada sülhməramlıların yerləşdirilməsinin müzakirə olunacağı sammit ərəfəsində baş tutub.
Xatırladaq ki, martın 20-də Zelenski ona zəng edən Makronla əlaqə saxlamaqdan imtina etmişdi. Ukrayna lideri fransalı həmkarına brifinqdə olduğunu izah edib və 15-20 dəqiqəyə geri zəng edəcəyinə söz verib.