- Qərb
- 27 Mart 12:38
- 1 930
Tramp Aİ və Kanadanı ABŞ-ə qarşı əməkdaşlıq üçün daha sərt tariflərlə hədələyib

Ottava və Brüssel arasında Amerika əleyhinə əməkdaşlıq olacağı təqdirdə ABŞ Avropa İttifaqı (Aİ) və Kanadadan gələn mallara daha da sərt tariflər tətbiq edəcək.
Bu barədə Amerika lideri Donald Tramp bəyan edib .
"Aİ ABŞ-ə iqtisadi zərər vermək üçün Kanada ilə işləsə, onların hər ikisi hazırda planlaşdırılandan çox böyük tariflərlə üzləşəcəklər",-deyə Tramp qeyd edib.
Prezident əlavə edib ki, Birləşmiş Ştatlar Kanada və Avropanın indiyə qədər sahib olduğu ən yaxşı dostdur.
Mövsüm
Aznews.az