- Qərb
- 27 Mart 18:25
- 2 227
Aİ Belarus Mərkəzi Seçki Komissiyasına qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Belarus Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı sanksiyalar tətbiq edib.
Müvafiq sənəd Aİ-nin saytında dərc olunub .
Sənəddə deyilir: “Belarusdakı vəziyyəti nəzərə alaraq, 25 fiziki və 7 hüquqi şəxs məhdudlaşdırıcı tədbirlərə məruz qalan fiziki və hüquqi şəxslər, təşkilat və orqanlar siyahısına daxil edilməlidir".
Assosiasiya Belarusda 2025-ci ildə keçiriləcək prezident seçkilərini ədalətsiz hesab etdiyi üçün siyahıya Mərkəzi Seçki Komissiyasının nümayəndələrini də daxil edib.
Mövsüm
Aznews.az