• Qərb
  • 27 Mart 19:58
  •  2 359

Amsterdamda bir nəfərin bıçaqlı hücumu nəticəsində 5 nəfər yaralanıb

Amsterdamın mərkəzində bir adam bıçaqla yoldan keçənlərə hücum etdi, ən azı 5 nəfər yaralandı.

Bu barədə şəhər polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Sint-Nikolaasstraat-da baş verən bıçaqlanma nəticəsində 5 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

"Hadisə yerinə polis, təcili yardım briqadaları və xilasedici helikopter gəlib. Hücumda şübhəli bilinən şəxs saxlanılıb", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib.

Mövsüm

Aznews.az