- Qərb
- 27 Mart 20:01
- 2 737
İtaliyada avtobus çaya düşüb, 1 nəfər ölüb

İtaliya mətbuatının məlumatına görə, dünən axşam yerli vaxtla saat 17:40 radələrində sərnişin avtobusu Vittorio meydanı və Vittorio Emanuele 1 körpüsü yaxınlığında əks manevr edərkən Po çayına düşüb.
Xəbərdə hadisə zamanı avtobusda sərnişin olmadığı, çaya düşən avtobusa ilkin tibbi yardımı kanoeçilərin göstərdiyi bildirilib.
Xəsarətlə avtobusdan xilas edilən sürücü Nikola Di Karlonun (64) daha sonra dünyasını dəyişdiyi bildirilib.
Məlumata görə, yanğınsöndürmə qrupları avtobusun qalıqlarını çay yatağından çıxarmaq üçün işə başlayıb və bildirilib ki, qəza avtobusun uşaqları məktəbdən muzeyə ekskursiyaya aparmaq üçün getdiyi zaman baş verib.
Mövsüm
Aznews.az