- Qərb
- 27 Mart 20:09
- 3 598
Trampdan Çinə yeni TikTok təklifi

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə gündəmlə bağlı sualları cavablandırıb.
Tramp qeyd edib ki, əgər TikTok-un ABŞ şirkəti tərəfindən alınması üçün müqavilə bağlanmazsa, o, bu müraciətə verilən son müddəti uzada bilər.
Bu sosial media platformasına "böyük maraq göstərdiklərini" ifadə edən Tramp, "TikTok almaq üçün bir çox yol var. Biz öz ölkəmiz üçün ən yaxşı yolu tapacağıq" deyib.
Tramp , Çinin TikTok alışını təsdiqləməsi lazım ola biləcəyinə diqqət çəkərək, "Düşünürəm ki, edəcəklər. Bəlkə onlara tariflərdə bir az azalma və ya təsdiq etmələri üçün bir şey verərəm", - deyə qeyd edib.
Tariflərin TikTok-dan "daha dəyərli" olduğunu müdafiə edən Tramp, endirimlərin bu mövzuda atılacaq addımlara nümunə olduğunu bildirib. Tramp səlahiyyətlərinin ilk günündə TikTok-un Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-də qadağan edilməsini nəzərdə tutan qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb.
Mövsüm
Aznews.az