• Qərb
  • 27 Mart 20:51
  •  3 469

Makron Fransa və Böyük Britaniya hərbçilərinin Ukraynaya yerləşdirildiyini açıqlayıb

Paris və London Ukraynada Kiyev üçün strateji əhəmiyyətli yerlərdə hərbi personal yerləşdirmək niyyətindədirlər.

Bu barədə Fransa prezidenti Emmanuel Makron məlumat verib.

O, Kiyevi “güclü ordu” ilə təmin etmək üçün Britaniyanın baş naziri Keir Starmer ilə birgə iş barədə razılığa gəldiyini qeyd edib.

“Biz qərargah rəislərimizə mandat verəcəyik ki, yaxın bir neçə gün ərzində bir fransa-britaniya komandası Ukraynaya göndərilə bilsin və sabahkı Ukrayna ordusunun formatını bütün sahələrdə hazırlamaq üçün bu mexanizmlə razılaşan ukraynalı tərəfdaşlarımızla çox yaxından işləyə bilsin”, - deyə Makron Fransa Koalisiyasının 24-cü zirvə toplantısından sonra keçirilən mətbuat konfransında bildirib .

Mövsüm

Aznews.az