- Qərb
- 28 Mart 16:54
- 4 308
Von der Leyen Rusiya əleyhinə sanksiyaların ləğvini istisna etmir

Ukraynada münaqişə sona çatarsa, Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bu barədə Fransanın "LCI" teleşirkətinə müsahibəsində bildirib.
"Münaqişə başa çatdıqda, anti-Rusiya sanksiyaları ləğv edilə bilər, lakin bundan əvvəl deyil",-deyə Leyen qeyd edib.
Eyni zamanda, o, Ukraynada davamlı sülhün əldə edilməsinin və təhlükəsizlik təminatlarının təmin edilməsinin Rusiya Federasiyasına qarşı məhdudiyyətlərin aradan qaldırılması üçün əsas şərt olduğunu açıqlayıb.
Mövsüm
Aznews.az