• Qərb
  • 30 Mart 15:04
  •  2 822

Pentaqon Çini ABŞ üçün əsas təhlükə adlandırıb

ABŞ Müdafiə Nazirliyi məxfi sənəddə Çini əsas təhlükə kimi göstərib.

Bu barədə "Washington Post" ( WP ) məlumat yayıb.

Qəzetin yazdığına görə, məxfi sənəd “Milli Müdafiə üçün Müvəqqəti Strateji Rəhbərlik” adlanıb.

Pentaqonun katibi Pete Heqset tərəfindən imzalanıb və martın ortalarında Pentaqonun əməkdaşlarına paylanıb.

"Departamentin ödəyə biləcəyi yeganə təhlükə Çindir",-deyə Pentaqon rəhbəri bildirib.

Mövsüm

Aznews.az