- Qərb
- 30 Mart 15:07
- 2 986
ABŞ Yaponiyadakı qüvvələrini döyüş komandanlığı səviyyəsinə yüksəldəcək

ABŞ ordusu Yaponiyadakı missiyasını döyüş komandanlığına yüksəltməyə başlayacaq və Tramp administrasiyası Çin Xalq Respublikasına nəzarəti əsas prioritet hesab etdiyi üçün Tokio ilə hərbi əməkdaşlığı gücləndirəcək.
Pentaqonun rəhbəri Pete Heqset bildirib.
"Bloomberg" onun sözlərindən sitat gətirib: "Amerika və Yaponiya kommunist Çinin təcavüzkar və zorakı hərəkətləri qarşısında birlikdə möhkəm dayanır".
ABŞ müdafiə naziri qeyd edib ki, ABŞ Qüvvələri Yaponiya “fövqəladə hallara və ya böhranlara cavab verməyə hazırlığı artıracaq, ABŞ əməliyyatlarını dəstəkləyəcək, Yaponiya və ABŞ qüvvələrinə ərazini müdafiə etməyə kömək edəcək” “döyüş qərargahına” çevriləcək".
Mövsüm
Aznews.az