• Qərb
  • 30 Mart 16:14
  •  2 742

WP: Aİ Ukraynaya hava və dəniz qüvvələri göndərməyi düşünür

Avropa ölkələri öz hava və dəniz qüvvələrini Ukrayna ərazisində yerləşdirmək imkanını nəzərdən keçirirlər.

Bu barədə "Washington Post" məlumat yayıb.

Qeyd olunur ki, yaxın vaxtlarda Ukraynaya yerləşdirmə üçün lazım olan hərbçilərin sayını müəyyən etmək üçün hərbi qrupun göndərilməsi planlaşdırılır.

Nəşrin yazdığına görə, Avropanın diqqəti hava və dəniz qüvvələrinə yönəlib, belə ki, ordu komandirləri çoxlu sayda hərbçilərin yerləşdirilməsinin məhdudiyyətlərini qeyd edir, digər ölkələr isə Ukrayna və ya Qara dəniz üzərində səmada patrul etmək imkanlarını təklif edirlər.

Mövsüm

Aznews.az