• Qərb
  • 30 Mart 17:30
  •  4 172

Danimarka hökuməti donanmanı yeni gəmilərlə gücləndirmək qərarına gəlib

Danimarka hökuməti krallığın donanmasını həm yaxın, həm də uzunmüddətli dövr üçün gücləndirmək planı hazırlayıb.

Bu barədə Danimarka Müdafiə Nazirliyi öz saytında məlumat yayıb.

Nazir Troels Lund Poulsen, "Dəniz planının bir hissəsi olaraq, biz indi və yaxın illərdə qarşılaşdığımız xüsusi çağırışların və təhdidlərin həllinə yönəlmiş bir neçə təcili satınalmalara başlayırıq" deyib.

O qeyd edib ki, beynəlxalq vəziyyətdə risk və təhdidlərin mənzərəsi mürəkkəbləşir, hərbi sahədə texnologiyalar sürətlə inkişaf etməyə başlayıb.

Mövsüm

Aznews.az