• Qərb
  • 30 Mart 20:08
  •  4 099

Tramp Putinə əsəbiləşib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını eşidəndə çox qəzəblənib və əsəbiləşib.

Aznews.az xəbər verir ki, bu barədə Amerika lideri NBC News telekanalına müsahibəsində fikirlərini bölüşüb.

O əlavə edib ki, Rusiya prezidentinin şərhləri “yanlış hədəfə dəyib”.

Bundan əvvəl Putin Ukraynada Zelenskini effektiv şəkildə vəzifədən uzaqlaşdıra biləcək keçid hökumətinin yaradılmasına çağırıb.

“Əgər biz Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Moskvanın günahı olduğunu düşünsəm, bu ölkədən gələn bütün neftlərə ikinci dərəcəli rüsumlar tətbiq edəcəm”.

O, aydınlaşdırıb ki, bu halda Rusiya neftini alanlar ABŞ-da bizneslə məşğul ola bilməyəcəklər. “Bütün neftə 25-50 faizlik tarif tətbiq olunacaq”.