• Qərb
  • 1 Aprel 19:35
  •  2 045

General Keyn: Vaşinqton Pekinlə uzunmüddətli münaqişəyə hazır deyil

ABŞ müdafiə sənayesinin çox yavaş olması səbəbindən Çinlə uzunmüddətli münaqişəyə hazır deyil.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə namizəd, general Con Keyn Senatın Silahlı Qüvvələr Komitəsinin suallarını cavablandırarkən bildirib.

"Təəssüf ki, indiki kritik anda Birləşmiş Qüvvələr uzunmüddətli münaqişəyə uyğunlaşdırılmayan təchizat sistemi və müdafiə sənayesi bazası ilə üzləşib", - Keyn bildirib.

Keyn bildirib ki, Vaşinqtonda ABŞ düşmənlərinin qarşısını almaq üçün lazım olan qabiliyyət, çeviklik və cavabdehlik yoxdur.

Mövsüm

Aznews.az