- Qərb
- 1 Aprel 19:41
- 2 234
Finlandiya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxa bilər

Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, onun NATO üzvü olan ölkəsi yaxın illərdə piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq və müdafiə xərclərini artırmaq niyyətindədir.
Bu barədə "Reuters" agentliyi bildirib.
“Ottava Konvensiyasından çıxmaq bizə təhlükəsizlik mühitində dəyişikliklərə daha əhatəli şəkildə hazırlaşmaq imkanı verəcək”, - Orpo bildirib.
Agentliyin məlumatına görə, Polşa və Baltikyanı ölkələr “Rusiyadan gələn hərbi təhlükəyə görə” oxşar addımlar atıblar.
Mövsüm
Aznews.az