- Qərb
- 1 Aprel 20:02
- 2 150
Kanadanın baş naziri ABŞ-ni cavab tədbirləri ilə hədələyib

Kanada aprelin 2-dən Kanada məhsullarına yeni tariflər tətbiq olunarsa, ABŞ-yə qarşı cavab tədbirləri görəcək.
Bu barədə ölkənin baş naziri Mark Karni bildirib.
O, ötən həftə Amerika lideri Donald Trampla çox məhsuldar danışıqlar apardığını xatırladıb.
"Mən prezidentə [Tramp] dedim, açıqladım - biz [ABŞ-dən] əlavə tədbirlərlə cavab verəcəyik. Buna görə də, sabah Kanadaya qarşı əlavə qərarlar olarsa, biz cavab verəcəyik",-deyə Karni bildirib.
Mövsüm
Aznews.az