• Qərb
  • 1 Aprel 21:07
  •  3 023

Vuçiç: Serbiya və Macarıstan hərbi ittifaq yarada bilər

Serbiya hərbi ittifaq yaratmaq üçün Macarıstanla strateji əməkdaşlığı gücləndirmək niyyətindədir.

Bu barədə Belqradda Serbiyanın Ticarət Palatasında Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniçki ilə görüşündən sonra ölkə prezidenti Aleksandr Vuçiç bildirib.

"Macarıstanla müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir və hərbi ittifaqa doğru irəliləyir. Təbii ki, Macarıstan tərəfi, Macarıstan və Serbiya parlamentləri və hər kəs bu məsələdə öz sözünü deyəcək", - deyə Vuçiç bildirib.

Serbiya Prezidenti vurğulayıb ki, müdafiə sahəsində əməkdaşlıq Macarıstanla hərtərəfli strateji əməkdaşlığın ən mühüm aspektlərindən biridir.

Mövsüm

Aznews.az