- Qərb
- 1 Aprel 21:36
- 2 878
Litvada itkin düşən dördüncü ABŞ əsgərinin cəsədi tapılıb

Litvada təlimlər zamanı itkin düşən dördüncü amerikalı hərbçinin meyiti tapılıb.
Bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının saytında məlumat verilib .
Əsgər 3-cü Piyada Diviziyasının 1-ci Zirehli Briqada Döyüş Komandasına təyin edilib Onun meyiti Litvanın Pabrade şəhəri yaxınlığında tapılıb. Əsgərin şəxsiyyəti açıqlanmır.
ABŞ ordusunun Avropa və Afrikadakı komandanı, general Kristofer Donahu əsgərin ölümü ilə bağlı başsağlığı verib.
Mövsüm
Aznews.az