• Qərb
  • 4 Aprel 15:04
  •  1 944

Böyük Britaniya XİN tariflər fonunda ABŞ ilə danışıqlar apardığını açıqlayıb

ABŞ lideri Donald Trampın rüsumlar tətbiq etməsindən sonra Britaniya ABŞ ilə mümkün iqtisadi razılaşma ilə bağlı danışıqlar aparır.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bu barədə NATO Xarici İşlər Nazirlərinin iclasının ikinci günü ərəfəsində jurnalistlərə bildirib.

O, Britaniyanı böyük dəniz gücü və “açıq ticarətə inanan” ölkə adlandırıb.

"Hazırda biznes və sənaye nümayəndələri ilə məsləhətləşmələr aparırıq. İqtisadi razılaşma əldə etmək üçün ABŞ ilə danışıqlar aparırıq", - Lammi bildirib.

Mövsüm

Aznews.az