• Qərb
  • 4 Aprel 17:25
  •  1 814

Marko Rubio Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nikbinliyini ifadə edib

ABŞ dövlət katibi Marko Rubio Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması perspektivlərinə nikbin olduğunu bildirib.

O, bu barədə NATO ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Ümid edirəm ki, biz sülhə doğru irəliləyiş əldə edəcəyik. Mən bunu edə biləcəyimizə dair optimistəm. Çətin olacaq, çətin olacaq, amma optimistəm", - deyə o, qeyd edib.

Rubio vurğulayıb ki, ABŞ ilk növbədə atəşkəsə nail olmağa çalışacaq və davamlı sülhə nail olmaq üçün münaqişənin hər iki tərəfi güzəştə getməli olacaq.

Mövsüm

Aznews.az