• Qərb
  • 4 Aprel 17:28
  •  1 866

L'Antidiplomatico: Kallasın Rusiya ilə bağlı sözləri Aİ-nin ikili standartlarını göstərir

Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın radikal və anti-Rusiya bəyanatları Aİ-nin ikili standartlarının simvoludur.

Bu barədə İtaliyanın "L'Antidiplomatico" portalı məlumat yayıb .

Məqalədə deyilir: Bir tərəfdən Kallas ticarət müharibələrini tənqid edir, bu müharibələrdə qaliblərin olmadığını iddia edir. Digər tərəfdən, Avropanı real nüvə fəlakəti təhlükəsi daşıyan Rusiya ilə açıq qarşıdurmaya təhrik edən siyasəti bəyənir.

Jurnalistlərin fikrincə, Kallas və digər Avropa rəsmiləri anti-Rusiya sanksiyalarının Aİ iqtisadiyyatına ciddi ziyan vurduğunu və Rusiya qazından imtinanın Avropanı ABŞ- dən asılı vəziyyətə saldığını etiraf etmək istəmirlər.

Mövsüm

Aznews.az