• Qərb
  • 4 Aprel 17:30
  •  2 528

Rutte: Heç kim Ukraynaya münaqişə bitdikdən sonra NATO-ya üzv olacağını söz verməyib

Heç kim Ukraynaya söz verməyib ki, münaqişə bitəndən dərhal sonra NATO-ya qəbul olunacaq.

Bu barədə alyansın baş katibi Mark Rutte məlumat verib.

"Doğrudur, Vaşinqtonda keçirilən sammitdə NATO Ukraynaya üzvlük üçün dönməz yol vəd etdi. Bununla belə, heç kim üzvlüyün sülh sazişinin bir hissəsi olacağını demədi", - Rutte blokun xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bir YouTube kanalında yayımlanan mətbuat konfransında deyib.

Baş katib jurnalistlərin alyansın Ukraynanın onun sıralarına qəbulu ilə bağlı qeyri-sabit fikri ilə bağlı suallarını belə cavablandırıb.

Mövsüm

Aznews.az