Belarus səfiri İsveçrənin Ukrayna konfransına görə təzyiq altında olduğunu söylədi

15-16 iyun 2024-cü il tarixlərində Bürgenstokda keçirilən Ukrayna üzrə konfrans ərəfəsində İsveçrə təzyiqə məruz qalıb.

Bunu Minskin Berndəki səfiri Aleksandr Qaneviç deyib.

O qeyd edib ki, Belarus diplomatiyasında taktika və etika kimi anlayışlar mühüm olaraq qalır. Bununla bağlı onlar İsveçrə hakimiyyətindən Minskin Ukrayna böhranının həlli üçün sammitə niyə dəvət edilmədiyini izah etməyi tələb etməyiblər.

"İsveçrə bizə dəvət göndərməyibsə, bu, o deməkdir ki, bunu etmək üçün öz səbəbləri var və ya sammitin təşkilatçılarına kənardan müəyyən təzyiqlər edilib", - Qaneviç RİA Novosti-yə deyib .

Mövsüm

Aznews.az