Siyarto: Brüsselin səriştəsiz iqtisadi siyasəti Aİ-nin rəqabət qabiliyyətini zəiflətdi

Brüsselin bacarıqsız təhlükəsizlik və iqtisadi siyasətləri Avropa İttifaqının (Aİ) rəqabət qabiliyyətini ciddi şəkildə sarsıdıb.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

"Son illərdə Brüsselin səriştəsiz təhlükəsizlik və iqtisadi siyasəti nəticəsində Aİ-nin rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb" deyə o, Facebook-da yazıb.

Onun sözlərinə görə, Brüssel "iqtisadi məsələləri lazımsız yerə siyasiləşdirməklə" Avropa şirkətlərini çətin vəziyyətə salıb.

Mövsüm

Aznews.az