- Qərb
- 7 Aprel 20:03
- 838
Aİ Litva və Estoniyanın Sərhədlərdə “Dron Divarı” üçün maliyyələşdirməsini rədd edir

Litva və Estoniya Avropa İttifaqından (Aİ) öz sərhədlərində “dron divarı” qurmaq üçün maliyyə dəstəyi almayıb.
Bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb .
Nəşr bildirib ki, "Estoniya və Litva sərhədçiləri əvvəllər sərhəddə dron divarının yaradılmasına yönəlmiş pilotsuz uçuş aparatları layihəsi üçün Aİ-nin maliyyələşməsi üçün müraciət etmişdilər, lakin layihə maliyyə almayıb", - Litva Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Əsas ərizəçinin Estoniya olduğu, Litvanın isə layihədə tərəfdaş kimi çıxış etdiyi göstərilir. Litva Dövlət Sərhəd Xidməti martın əvvəlində Brüsselin müraciəti rədd etdiyini bildirib.
Mövsüm
Aznews.az