- Qərb
- 7 Aprel 20:09
- 1 703
Mark Zukerberq Ağ Evin yaxınlığında malikanə alır

Meta şirkətinin baş direktoru Mark Zukerberqin yeni malikanəsi Aİ-də gündəmdədir.
"New York Post" qəzetinin adı açıqlanmayan Meta sözçüsünə əsaslanaraq verdiyi xəbərə görə, Zukerberq paytaxt Vaşinqtonda 23 milyon dollara ev alıb.
Sözçünün sözlərinə görə, Meta Amerika texnoloji liderliyi ilə bağlı siyasətlər üzərində işlədiyi üçün Zukerberq malikanədə daha çox vaxt keçirəcək.
Ağ Evdən avtomobillə təxminən 15 dəqiqəlik məsafədə yerləşən malikanə həm də ABŞ-nin vitse-prezidenti J.D.Vensin rəsmi iqamətgahına piyada məsafədədir.
15.400 kvadratmetrlik malikanə Amerikanın Politico jurnalında “Vaşinqton tarixində satılan üçüncü ən bahalı ev” kimi təsvir edilib.
Mövsüm
Aznews.az