• Qərb
  • 8 Aprel 18:16
  •  1 540

Polşa Ukraynada atəşkəs üçün logistik dəstək təşkil etməyə hazırdır

Polşa Ukraynada atəşkəs üçün logistik dəstək təşkil etməyə hazırdır.

Bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

“Əgər söhbət atəşkəsə gəlsəydi, Polşa açıq şəkildə deyərdi: biz Ukraynaya qoşun göndərmirik, lakin maddi-texniki dəstək prosesində iştirak edəcəyik”, o, TVP İnfo tərəfindən yayımlanan mətbuat konfransında deyib .

Nazir konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin o xatırladıb ki, Qərb dövlətləri tərəfindən verilən hərbi yardımın təxminən 95%-i Polşa vasitəsilə Ukrayna ərazisinə daxil olur.

Mövsüm

Aznews.az