- Qərb
- 9 Aprel 14:52
- 2 287
Tramp Çinin ABŞ ilə ticarət sazişi bağlamaq istəyinə inandığını bildirib

ABŞ prezidenti Donald Tramp Çinin ABŞ ilə ticarət razılaşması əldə etmək istədiyinə əmin olduğunu bildirib.
O qeyd edib ki, ABŞ hazırda Çin məhsullarına 104% rüsum tətbiq edir və Pekin Amerika tərəfi ilə ticarət sazişi bağlamağa hazır olana qədər bunu davam etdirəcək.
"Belə olacaq. Düşünürəm ki, onlar nə vaxtsa sövdələşəcəklər. Çin [sövdələşməni] edəcək. Onlar müqavilə bağlamaq istəyirlər. Onlar qürurlu insanlar olduqları üçün buna necə başlayacaqlarını bilmirlər", - ABŞ prezidenti Respublikaçıların Milli Komitəsi üçün ianə toplama mərasimində deyib.
Mövsüm
Aznews.az