- Qərb
- 9 Aprel 17:23
- 1 792
Reuters: “Almaniya üçün Alternativ” Almaniya partiyasının populyarlıq reytinqinə başçılıq edir

Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində ikinci yeri tutan Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilk dəfə ölkə partiyalarının populyarlıq reytinqində birinci olub.
Bu barədə "Reuters" agentliyi Ipsos sorğusunun nəticələrinə istinadən məlumat yayıb .
İpsos-un məlumatına görə, AfD-yə dəstək 25%-ə, seçkidə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokuna dəstək isə 24%-ə düşüb.
Həmçinin qeyd edilir ki, Almaniya Sosial Demokrat Partiyasına (SPD) dəstək səviyyəsi 15% səviyyəsində qalıb ki, bu da son illərin ən pis göstəricisidir.
Mövsüm
Aznews.az