• Qərb
  • 9 Aprel 18:39
  •  1 852

Litva hakimiyyəti gələn ildən nazirliklərə 137 milyon qənaət etməyi tapşırıb

Müdafiə sənayesi üçün əlavə büdcə vəsaiti axtarışında Litva hakimiyyəti nazirliklərə gələn il təxminən 137 milyon avro qənaət etməyi tapşırıb.

Bu barədə maliyyə naziri Rimantas Şadzius jurnalistlərə bildirib.

"Uzun müddətdə biz bu yolla bir milyard avroya qədər qənaət etməyə imkan verəcək ehtiyatlar tapacağımıza ümid edirik. Bu, əlbəttə ki, dövlət qurumlarının müdafiənin maliyyələşdirilməsinə ciddi töhfəsidir", - deyə nazir bildirib.

Qeyd olunur ki, Müdafiə Nazirliyi istisna olmaqla, idarələrə xərclərin 5% azaldılması tapşırılıb.

Mövsüm

Aznews.az