• Qərb
  • 9 Aprel 19:07
  •  1 556

Avropa İttifaqı ABŞ-yə qarşı ticarət tariflərini təsdiqləyib

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-yə qarşı cavab ticarət tariflərini təsdiqləyib.

Bu barədə Avropa Komissiyasının (AK) saytında məlumat verilib.

“Bu gün Aİ-yə üzv dövlətlər Avropa Komissiyasının ABŞ-yə qarşı ticarətlə bağlı əks-tədbirlərin tətbiqi təklifinin lehinə səs veriblər”, - məlumatda deyilir.

Bundan əlavə, AK hesab edir ki, ABŞ tarifləri hər iki tərəfə, eləcə də qlobal iqtisadiyyata dağıdıcı iqtisadi ziyan vurur. Bildirilir ki, tariflər aprelin 15-dən etibarən tutulmağa başlayacaq.

Mövsüm

Aznews.az