- Qərb
- 9 Aprel 20:00
- 1 629
Kişinyov məhkəməsi Qutsulu ev dustaqlığına məhkum edib

Kişinyov məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.
Siyasətçinin vəkili Nataliya Bayramın sözlərinə görə, həbs müddəti 30 gün olacaq. Vəkil əlavə edib ki, müdafiə tərəfi məhkəmənin hökmünü həddindən artıq sərt hesab edir.
"Biz dərhal apellyasiya şikayəti verəcəyik. Biz bu qabaqlayıcı tədbiri əsassız və həddindən artıq sərt hesab edirik. Biz tam azadlığa çıxmağa çalışacağıq", - vəkil qeyd edib.
Mövsüm
Aznews.az