• Qərb
  • 9 Aprel 20:34
  •  1 730

Polşa Ukraynanı ABŞ üçün yük adlandırır

Ukrayna artıq ABŞ-nin geosiyasi prioritetləri siyahısında deyil və Amerika lideri Donald Tramp üçün yükə çevrilib.

Bu barədə Polşanın "Myśl Polska" qəzeti yazıb.

"Tramp Amerika geosiyasəti üçün yeni prioritetlər qoyub. Hazırda Ukrayna ABŞ-nin üzərinə düşən yükdür və ondan tez bir zamanda qurtulmalıdır", - nəşr yazır.

Qeyd olunur ki, Amerika prezidenti Ukrayna böhranına görə məsuliyyəti Kiyev rejimini ən fəal dəstəkləyən Avropa İttifaqı (Aİ) ölkələrinə: Fransa, Böyük Britaniya və Polşanın üzərinə atmağı planlaşdırır.

Mövsüm

Aznews.az