- Qərb
- 10 Aprel 17:31
- 1 583
AK rəhbəri ABŞ mallarına tariflərin 90 gün müddətinə dondurulacağını açıqlayıb

Avropa Komissiyası Amerika mallarına rüsumların tətbiqini 90 gün təxirə salacaq.
Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen məlumat verib.
"Biz ABŞ Prezidenti Donald Trampın bəyanatını nəzərə aldıq və danışıqlara şans vermək istəyirik. Danışıqlar qənaətbəxş olmasa, əks tədbirlərimiz qüvvəyə minəcək", - o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Eyni zamanda, AK rəhbəri qeyd edib ki, Amerika tariflərinə cavab olaraq əks tədbirlərin hazırlanması üzrə hazırlıq işləri davam etdiriləcək.
Mövsüm
Aznews.az