• Qərb
  • 10 Aprel 20:21
  •  2 031

Siyarto: Brüssel Avropanı miqrantlarla doldurmaq istəyir

Brüssel Avropanı qeyri-qanuni miqrantlarla doldurmaq istəyir.

Bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Dünya alt-üst oldu. Macarıstan və Misir Avropada sülh və Avropaya miqrasiyanın dayandırılması üçün birlikdə mübarizə aparır, Brüssel isə Avropa müharibəsini uzatmaq və Avropanı miqrantlarla doldurmaq istəyir", - o, öz Facebook səhifəsində yazıb.

Siyarto bildirib ki, Misir Şimali Afrikanın müdafiə xəttində qeyri-qanuni miqrasiyanı əhəmiyyətli dərəcədə cilovlamış “istehkam”dır. Bununla bağlı Xarici İşlər Nazirliyinin rəhbəri Avropa İttifaqını (Aİ) miqrasiya böhranının həlli üçün Misirə lazımi yardım göstərməyə çağırıb.

Mövsüm

Aznews.az