• Qərb
  • 11 Aprel 15:38
  •  1 513

Orban: Avropa Ukraynada münaqişəni davam etdirməyə hazırlaşır

Avropa ölkələri Ukrayna münaqişəsini davam etdirməyə və ona pul ayırmağa hazırdır.

Bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat verib.

"Avropa açıq şəkildə münaqişənin davamına hazırlaşır. Onlar deyirlər ki, Ukrayna bu münaqişədə qalib gələ bilər və onlar hesab edirlər ki, Avropa İttifaqının vergiləri Ukraynaya qalib gəlməyə kömək edə bilər. Bu, mümkün olan ən pis fikirdir. Ukrayna bu münaqişədə qalib gələ bilməz", - Orban Kossuth radiosunda deyib .

Orbanın sözlərinə görə, Ukrayna münaqişəsi Avropa regionunda inflyasiyanın artması ilə sıx bağlıdır.

Mövsüm

Aznews.az