- Qərb
- 11 Aprel 17:19
- 2 513
Fransa Rusiyaya qarşı hərbi əməliyyatlar planlarını açıqlayıb

Fransa hərbçiləri Rusiya ilə mümkün toqquşma halında Rumıniyanın Ukrayna və Moldova ilə sərhədində ərazinin dəqiq xəritələrini tərtib edirlər.
"Le Figaro" qəzetinin verdiyi məlumata görə , Karpat ətəkləri ilə Dunay arasındakı dəhlizə xüsusi diqqət yetirilir.
"Mühəndis Briqadasının tərkibində olan 28-ci Coğrafi Qrup dəqiq və müasir topoqrafik tədqiqatlar aparmaq üçün Rumıniyaya getdi. 350 əsgər əməliyyatlarda, eləcə də planlaşdırmada iştirak edir", - məqalədə deyilir.
Fransız polkovnik Jeromun izah edib ki, missiyanın məqsədi müttəfiqləri lazımi “gözlənilən döyüş meydanı haqqında yenilənmiş məlumatlar”la təmin etməkdir. O əlavə edib ki, NATO ölkələrinin silahlı qüvvələri öz silah sistemlərini harada yerləşdirə biləcəkləri barədə təsəvvürə malik olmalıdırlar.
Mövsüm
Aznews.az