• Qərb
  • 11 Aprel 20:12
  •  2 460

Floridada yüngül təyyarə qəzaya uğrayıb

"NBC 6 South Florida" telekanalı xəbər verir ki , ABŞ-nin Florida ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ilkin məlumata görə, həlak olanlar var.

Qəza yerli Boka Raton hava limanı yaxınlığında baş verib. Yanğınsöndürənlər alovu söndürməyə çalışarkən təyyarənin dağıntıları yolun kənarına səpələnib. Polis ərazidəki bir neçə küçəni bağlayıb.

Qəza zamanı iki qurbanın cəsədinin hadisə yerində tapıldığı bildirilir.

Mövsüm

Aznews.az