- Qərb
- 11 Aprel 20:51
- 2 464
Kaja Kallas: Aİ-dən Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti yoxdur

Avropa ölkələri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmayıb.
Bu barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaja Kallas bildirib .
“Xeyr”, Kallas jurnalistlərin Ukrayna üçün konkret təhlükəsizlik təminatları ilə bağlı aydınlıq olub-olmaması ilə bağlı sualına belə cavab verib.
Aİ-nin baş diplomatı vurğulayıb ki, Aİ ölkələrinin Rusiyaya təzyiq etmədən münaqişəni necə bitirmək barədə dəqiq planı yoxdur. Onun sözlərinə görə, müxtəlif üzv dövlətlərin fərqli fikirləri var və müzakirələr hələ də davam edir.
Mövsüm
Aznews.az