• Qərb
  • 11 Aprel 20:55
  •  2 277

Ukrayna 18 hüquqi və 130 fiziki şəxsə qarşı sanksiya tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski 18 hüquqi və 130 fiziki şəxsə, o cümlədən rusiyalı jurnalistlərə qarşı sanksiya tətbiq edib.

Bu barədə Ukrayna liderinin ofisinin saytında dərc edilmiş bəyanatda bildirilir.

Siyahılara “İzvestiya” və “Rossiya 1” telekanallarının hərbi müxbirləri, Birinci Kanal, NTV və Zvezdanın teleaparıcıları daxil edilib.

Bundan başqa, sanksiya siyahısına Rusiya vətəndaşlığını almış prodüser Yuri Bardaş və politoloq Vadim Karasev də daxil edilib.

Mövsüm

Aznews.az