- Qərb
- 11 Aprel 22:18
- 2 383
Ağ Ev Vitkoffun Rusiyaya səfərini Ukraynada atəşkəsə doğru addım adlandırır

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Vitkoffun səfəri Ukraynada atəşkəs üçün daha bir addımdır.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt keçirdiyi brifinqdə bildirib.
“Bu, atəşi dayandırmaq və Rusiya ilə Ukrayna arasında yekun sülh sazişinin bağlanması üçün danışıqlar prosesində daha bir addımdır”, o deyib.
Eyni zamanda, Levitt vurğulayıb ki, ABŞ prezidenti Ukraynada hərbi əməliyyatların dayandırılmasını istəyir və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq əzmindədir.
Mövsüm
Aznews.az