• Qərb
  • 12 Aprel 20:51
  •  1 322

Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar paketinin daha bir il müddətinə uzadılması ilə bağlı sərəncam imzalayıb.

Aznews.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Federal Reyestrində yer alıb.

Söhbət 15 aprel 2021-ci il tarixində qüvvəyə minmiş 14024 nömrəli sərəncamdan gedir.

Həmin sərəncam ABŞ-ın o zamankı prezidenti Co Bayden tərəfindən imzalanmış və onun administrasiyası tərəfindən dəfələrlə genişləndirilmişdi.

Xatırladaq ki, bu ilin mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva sözügedən sanksiyaları qeyri-qanuni hesab edir və onların ləğvini gözləyir.