• Qərb
  • 14 Aprel 15:21
  •  2 163

Kallas Ukraynaya vəd edilən sursatın üçdə ikisinin çatdırıldığını açıqlayıb

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya sursat tədarükü ilə bağlı öhdəliklərinin üçdə ikisini yerinə yetiriblər.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bu barədə Aİ xarici işlər nazirliklərinin nümayəndələrinin görüşü başlamazdan əvvəl məlumat verib.

"Tamamilə aydındır ki, biz Ukraynanı dəstəkləməliyik və mən çox şadam ki, mənim silah-sursatla bağlı təşəbbüsüm çərçivəsində maliyyənin üçdə ikisi artıq təmin edilib. Amma biz daha çox iş görməliyik", -deyə Kallas qeyd edib.

Bundan əlavə Kallas vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllində uğur əldə etmək üçün icma dövlətləri Rusiyaya maksimum təzyiq göstərməlidir.

Mövsüm

Aznews.az