• Qərb
  • 14 Aprel 17:38
  •  2 720

Estoniya Prezidenti “Hərbçilərin şübhəli gəmilərə hücum hüququ haqqında” qanunu təsdiqləyib

Estoniya prezidenti Alar Karis hərbçilərə kabellərə və ya digər sualtı infrastruktura zərər verə biləcək gəmilərə qarşı güc tətbiq etməyə icazə verən qanuna düzəlişləri təsdiqləyib.

Bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Dəyişikliklərin Estoniya Silahlı Qüvvələrinin təşkili haqqında qanuna, eləcə də respublikanın iqtisadi zonası haqqında qanunvericiliyə edildiyi bildirilir.

"Dəyişikliklər Estoniya Müdafiə Qüvvələrinə Estoniyanın dəniz zonasında həyati əhəmiyyətli xidmətlər, milli müdafiə obyektləri, limanlar və digər strukturlar və ya avadanlıqlar təqdim edən infrastruktura qarşı təhdidlərə cavab vermək hüququ verir", - məlumatda deyilir.

Mövsüm

Aznews.az