- Qərb
- 14 Aprel 17:48
- 2 142
Danimarka: ABŞ NATO-dan çıxsa, ABŞ ilə müdafiə sazişi ləğv edilə bilər

Danimarka, əgər ABŞ NATO-dan çıxmaq qərarı verərsə, onunla imzaladığı müdafiə əməkdaşlığı sazişini ləğv edə bilər.
Bu barədə TV2 telekanalı xarici işlər naziri Lars Løkke Rasmussenin bəyanatına istinadla məlumat yayıb.
"Alternativ" partiyasından Danimarka parlamentinin üzvü Saşa Fakse, nazirə müraciət edərək sazişin ABŞ NATO-dan çıxdığı təqdirdə də 10 il müddətində ləğv edilə bilməyəcəyini təsdiqləməsini istəyib.
Lakin Rasmussen bu fikri təsdiqləyə bilməyib və bildirib ki, əgər “çox xüsusi hallar” yaranarsa, müqavilə yalnız denonsasiya (rəsmi ləğv) və ya qarşılıqlı razılaşma olmadan da ləğv edilə bilər.
Mövsüm
Aznews.az