• Qərb
  • 15 Aprel 18:31
  •  2 103

Bayrou: Fransa müdafiə xərclərini 3 milyard avro artıracaq

Fransa müdafiə xərclərini 3 milyard avro artıracaq.

Bu barədə Fransanın baş naziri Fransua Bayru məlumat verib.

"Şübhəsiz ki, 2026-cı il üçün müdafiə büdcəsi Fransa və Avropa İttifaqının (Aİ) təhlükəsizlik və müdafiə məsələlərində müstəqilliyinə zəmanət vermək üçün daha 3 milyard tələb edəcək", - BFM TV onun sözlərindən sitat gətirib .

Bundan əlavə, o qeyd edib ki, Aİ-nin əsas vəzifəsi Avropa ölkələrinin birgə səyləri ilə təhlükəsizliyini təmin etməkdir.

Mövsüm

Aznews.az