• Qərb
  • 15 Aprel 21:56
  •  1 547

Bolqarıstan Rusiya istehsalı olan reaktorları Ukraynaya satmamaq qərarına gəlib

Bolqarıstan Belene AES üçün istehsal olunmuş Rusiya reaktorlarını Ukraynaya satmamaq qərarına gəlib.

Bu barədə Bolqarıstan Sosialist Partiyasının baş nazirinin müavini və lideri Atanas Zafirov ölkədə hakim çoxluğu təşkil edən siyasi birliklərin yaratdığı Birgə İdarəetmə Şurasında məsələnin müzakirəsindən sonra bildirib.

"Belene AES-in iki reaktorunun taleyi ilə bağlı danışıqlar aparılıb və onların satılmayacağına dair razılıq əldə olunub", - deyə Zafirov bildirib .

Onun sözlərinə görə, bu qurğular ölkənin əsas sərvəti, enerji təhlükəsizliyinin, eləcə də iqtisadi müstəqilliyinin tərkib hissəsidir. Qəbul edilən qərarın parlament üzvləri ilə müzakirəsi planlaşdırılır.

Mövsüm

Aznews.az