- Qərb
- 16 Aprel 18:54
- 1 934
Ağ Ev Çin üçün 245% tarifləri rədd edir

Ağ Evin mətbuat xidməti ABŞ-nin Çindən gələn mallara ticarət tariflərinin 245%-ə qədər artırıla biləcəyi barədə məlumatı təkzib edib.
Xidmətin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində "Bu, çaşdırıcıdır" deyilir.
Bildirilir ki, hazırda Çin üçün aşağıdakı ticarət rüsumları müəyyən edilir: 125%-lik güzgü tarifi, ABŞ-yə fentanil qaçaqmalçılığı məsələsində Çinə təsir etmək üçün nəzərdə tutulmuş əlavə 20%-lik rüsum, habelə müəyyən kateqoriyalı mallara 7,5%-dən 100%-ə qədər tariflər.
Mövsüm
Aznews.az